Modern.az

Türkiyə-Azərbaycan Universitetinə qəbul nə vaxt başlayır? - Rəsmi AÇIQLAMA

Türkiyə-Azərbaycan Universitetinə qəbul nə vaxt başlayır? - Rəsmi AÇIQLAMA

Təhsil

21 Fevral 2024, 15:24

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.

 

Nazirin müşaviri hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq. İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır.

 

O qeyd edib ki, ixtisas sayı gələcək üçün artırılacaq.

 

"Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək", - Nicat Məmmədli deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi