Modern.az

Müəllimlərə şad xəbər - Qrant müsabiqəsinə sənəd qəbulu başladı

Müəllimlərə şad xəbər - Qrant müsabiqəsinə sənəd qəbulu başladı

Təhsil

27 Fevral 2024, 11:04

Fevralın 27-dən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlanır.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

 

Layihə sənədlərinin qəbulu fevralın 27-dən aprelin 1-dək grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

 

Müsabiqənin məqsədi təhsil müəssisələri və müəllimlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

 

Qrant müsabiqəsi barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi