Modern.az

Məktəblərdə iş dəftərləri pulsuz verilə bilər

Məktəblərdə iş dəftərləri pulsuz verilə bilər

29 Fevral 2024, 17:16

“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

 

O qeyd edib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır.

 

“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”, - nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi