Modern.az

Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı AÇIQLANDI

Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı AÇIQLANDI

4 Aprel 2024, 16:46

Məktəbəqədər təhsil müəssisələrində ixtisası üzrə işləməyən tərbiyəçi müəllimlər var.

 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.

 

O bağça müəllimlərinin sertifikasiyası ilə bağlı məsələyə də aydınlıq gətirib.

 

İlahə Rəsulova qeyd edib ki, bu il bağça müəllimlərinin sertifikasiyası gözlənilmir:

 

“Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün 2026-cı ildə sertifikasiya gözlənilir. Amma ondan əvvəl diaqnostik qiymətləndirmə aparmaq istəyirik ki, sertifikasiyaya qədər vəziyyəti aydınlaşdıraq. Bundan sonra hər hansı qaydalar olduqca, məlumat veriləcək. Ola bilsin sertifikasiyanın hansısa mərhələsi 2025-ci ildə olsun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir