Modern.az

Təhsil mediada necə əks olunur?

Təhsil mediada necə əks olunur?

Təhsil

11 Aprel 2024, 14:14

Medianı izlədikdə təhsil müəsisələrinin təmir-tikinti vəziyyətini, şagird psixologiyası, müəllim-şagird münasibətləri, kreativ dərs metodları, müxtəlif olimpiya-idman yarışları, təhsil keyfiyyətini artıran şagird nəticələri, robototexnikanın təhsildə tətbiqi və.s kimi mövzular göz qabağına gəlir. Daha çox medianın sayəsində cəmiyyətimiz bacarıqlı şagirdləri, yüksək nəticə əldə etmiş müəllimləri tanıyır. Müxtəlif televiziya kanallarında təhsillə bağlı verlişlərin yayımlanması istər təhsilverənlərin, istər təhsilalanların uğurlarının yaddaşlarda qalmasının bir növ dəstək verir.

 

Təhsilin bütün sahələrinə toxunan hələ keçmişdən bizə bariz nümunə qalan "Əkinçi” qəzetini misal çəkə bilərik. Dövrün tanınmış ziyalısı, dramaturq Nəcəf bəy Vəzirov şagird-müəllim münasibətlərindən, məktəblərdə keçilən fənlər, dərsliklər barədə məqalələrlə çıxış edirdi. Böyük ədib yazırdı ki, şagirdlərə hansısa əsəri əzbərlətməkdənsə, təbiət elmlərinə, dəqiq elmlərə üstünlük verilməlidir. "Ziya” qəzetində də həmişə məktəb və maarif məsələləri geniş müzakirə olunmaqla, dövrün ziyalıları fikirlərini bildirərdilər. O ənənələri biz bu gün müasir yanaşma ilə yenidən dirçəltməyə çalışırıq. Xüsusən, yüksək nəticələr əldə etmiş məktəblilər özləri haqqında müsbət sözlər, müsbət fikirlər deyildiyini, yazıldığını gördükdə daha da ruhlanırlar. Bir şagird digər şagirdin uğurlarından, müəllimlər də müəllim həmkarlarının nailiyyətlərindən xəbər tutur. Üstəlik, digər məktəb kollektivləri ilə sağlam rəqabət mühiti də yaranmış olur.

 

Aparılan müşahidələr zamanı elmə marağın artması yeniliklərə açıq olmağa şərait yaradır. Təhsildə aparılan islahatların nəticəsini müşahidə etmək və araşdırmaq çox vacib olduğundan bu məsələni unutmadım. Azərbaycanda elmə marağın artması Avropa ölkələrindən geri qalmadığını göstərir. Avrpada, ABŞ-də, Yaponiyada elmin populyarlaşdırılması, elmin tarixi, sosiologiyası çox geniş təbliğ olunur. Hətta Yaponiyada elmi, təhsili təbliğ edən televiziya kanalı var və onu milyonlarla insan izləyir. Bu gün bizdə də televiziya kanallarında təhsil verlişləri vətəhsildə olan yeniliklərlə bağlı proqramlar yayımlanır. Məktəb və media bir-birinə körpü olmalıdır. Media bu gün bu istiqamətdə əlindən gələni etsə də, təəssüf olsun ki, təhsil sektoru sanki öz yaxasını qırağa çəkir. Düzdür, media elm və təhsillə bağlı problemləri işıqlandırır, amma sırf elmin təbliği istiqamətində də müəyyən işlər görməkdə bu sahədən dəstək ala bilmir. Buna baxmayaraq, bu gün yerli televiziyalarda uşaqlar üçün “Günəş TV” kimi kanal var, cizgi filmləri, maarifləndirici çarxlar göstərilir. Mədəniyyət və idman sahəsi ilə bağlı ayrıca kanallar var.

 

Son bir neçə ildə ölkəmizdə "Təhsil TV" və "Oxu TV" kimi internet kanalları fəaliyyət göstərir. Doğrudur, Akademiyanın bazasında “Elm Tv”, Nazirliyin bazasında “Təhsil TV” var, amma etiraf edək ki, fəaliyyətləri televiya kanalları kimi güclü deyil. Təhsil ən vacib cəmiyyətdə rol oynayan sahələrdən biridir. Əhalinin bütün seqmentinin diqqət mərkəzində olan sferadır. Buna görə də təhsil sahəsində jurnalistlərin yetişdirilməsi, ixtisaslaşdırılması çox önəmlidir. Bununla bağlı misal çəkə bilərik müxtəlif instutlarının, təhsil müəssisələrinin mətbuat orqanları, sayt və qazet nümayəndələri var. Bunla bağlı kifayət qədər jurnalist ixtisaslaşıb, lakin İdman və təhsil sahədə isə qənaətbəxşdir. Daha yaxından tanıdığımız Türkiyə kanallarını missal gətirə bilərik. "TRT Okul" və Rusiyanın "Şkolnik" kanallarının fəaliyyəti də həmin ölkələrin bu sahədə bizdən daha irəlidə olduğunu göstərir. Düşünürəm ki, sırf elm,idman və təhsillə bağlı mütləq televiziya kanalı yaradılmalıdır. Səbəb - Təsəvvür edin ki, “Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Onunla eyni məktəbdə, eyni sinifdə oxuyan qardaşı Mehdi də ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul olub.

 

Qeyd edək ki, 279 nömrəli tam orta məktəbin məzunları olan hər iki gənc dəfələrlə yerli və beynəlxalq olimpiadaların qalibi olub.” – bu məlumat televiya kanalında deyil, daha çox sosial şəbəkələrdə və saytlardan məlumat alırıq.

 

Razıyam biz bu gün internet əsrində, informasiya texnologiyalarının inkişafı dövründə yaşayırıq. Azərbaycanda siyasi plüralizm hökm sürür, azad mətbuat, internet informasiya orqanları fəaliyyət göstərir, əhalinin böyük bir hissəsi internetdən istifadə edir. Buna görə də media təhsili rəqəmsal texnologiyaların artan təsirlərini nəzərə almalıdır. Bu gün sizə mən bu sevindirici xəbəri verdim. Deyə bilərlər ki, mətbuatla, mediyayla təhsil müəssisələrinin əlaqələri təkcə xoşagəlməz hallarla yadda qalmır, eyni zamanda ölkədə təhsil məsələlərini işıqlandıran dürüst media orqanları var. Məsələn, "Azərbaycan müəllimi” qəzeti. Bir əsrdir ki, təhsilimizin problemlərini işıqlandırmaqla məşğuldur və müəllimlərin ən böyük köməkçilərindən, yardımçılarındandır. Heç vaxt unutmayaq, təhsil və hərb milli məsələdir. Təkcə qəzet, sosial şəbəkələrlə deyil, eləcə də təhsilin inkişafı tv kanallarında da yayımlanır. Lakin az vaxt və qısa məlumat çatdırılır.

 

Bir çox ziyalılarımız içərisindən Məhəbbət Vəliyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoruda bunu təsdiq edir. Elm paylaşıldıqca artan bir xəzinədir. Mən çox istərdim ki, təhsil mediasında biz digər ölkələrin təcrübəsindən yararlana biləcəyimiz verilişləri izləyək. Beynəlxalq olimpiadaların canlı yayımını, qonşu və uzaq ölkələrdə təhsil yeniliklərini, əcnəbi həmkarlarımızın dərskeçmə metodlarını, kurikulum islahatı ilə bağlı son məlumatları əldə edə bilək. Kanal vasitəsi ilə əcnəbi və yerli psixoloqlarımız tərəfindən hazırlanan verilişlər, müsahibələr həm valideynlərə, şagirdlərə, tələbələrə öz hüquqlarını anlamaqda, psixoloji problemlərinin həll olunmasında, cəmiyyətdə mövqelərini tuta bilməkdə ən yaxın köməkçi ola bilər. Eyni zamanda, məktəbəqədər, ibtidai siniflərin də marağını təmin edəcək cəlbedici oyun, məntiqi təfəkkürü inkişaf etdirən cizgi filmlərinin nümayişi daha effektiv olar. Mən də Məhəbbət Vəliyevanın sözlərinə münasibət bildirərək qeyd etmək istərdim ki, qaranlıqları öz nuruyla aydınladan müəllimlərimiz, təzə ruhlar olan şagirdlərimiz, qarşılıq gözləmədən özlərini insanlıq yolunda fəda edən ziyalılarımız üçün belə bir kanalın yaradılması təhsil ictimaiyyətinə əvəzedilməz hədiyyə olar. Təhsil-tədris sahəsini əhatə edən telekanalın müstəqil fəaliyyətini daha zəruri hesab edirəm.

 

Sual yarana bilər təhsil media da təkcə xoş nüansları əks etdirir? Xeyr! Bəzən qeyri-obyektiv, etibarlı istinad mənbəyi olmayan informasiyalar cəmiyyət həyatının istənilən sahəsində çaşqınlıq yarada bilir. Təhsil mediayasında düzgün baxışın formalaşdırılması jurnalist üçün çətin və olduğca dürüst bir yoldur. Söhbət işini mükəmməl bilən komandadan gedir. Bura istər TV, radio istəsə də sosial şəbəkələr daxildir. Ümumiyyətlə, sosial şəbəkələrdə təhsil sahəsində olan yeniliklərə marağın artması vacib olsa yaxşı olar. Amma bizdə bu tendensiya çox zəifdir. Hətta elm adamları da, elmin populyarlaşdırılması və elmə olan marağın artırılması istiqamətində lazımi işlər görmürlər. Yəni, lazımi qədər informasiya verilmir. Medianın ictimai qavrayışı müəyyənləşdirmə gücü, qənaət və mövqeləri dəyişdirmə və ya gücləndirmə qabiliyyəti vardır. Həm jurnalist, həm də təhsil işçisi olaraq reallığa baxanda şam işığında axtarırıq maraqlı, keyfiyyətli məlumatları. Niyə? sualını verə bilərsiniz.

 

Əsl jurnalist olaraq çalışıram ki, kreativ məlumatlar axtarıb taparaq ilk məlumatı cəmiyyətimizə doğru şəkildə ötürüm. Bu gün təhsilin mediada işıqlanmasının keyfiyyətindən danışsaq bir nüansı unutmamaq lazımdır. Materialın anında bizə gəlib çatmasından hər şey aslıdır. Lakin bizə mane olan günümüzdə gündəmdən düşməyən bəzi xəbər portalları vardır. Bəli, düz gördünüz bu gün təhsilin, əsl jurnalistin işinə kölgə salan xəbər portalları çoxdur. Bəzən təhsil müəssisələrində baş vermiş hər hansı bir hadisə barədə ilk olaraq sosial şəbəkələrdən məlumat alırıq. İstər yaxşı, istər də xoşagəlməz başlıqlarla rastlaşırıq. İstər-istəməz bu məlumatın doğruluğunu araşdırmağa çalışırıq. Amma baxırsan ki, nə təkzib edilir, nə də təsdiq. Təhsil müəssisəsi rəhbərliyi isə artıq xəbərin ardınca getməklə vaxt itirir. Buna səbəb də bəzi təhsil müəssisələrinin mətbuata açıq olmamasıdır. Bu gün jurnalist olaraq məlumatın mənbəyini araşdırmaqda həmkarlarım kimi mən də çətinlik çəkirəm. Bunun üçün müxtəlif yerlərə, qurumlara çıxmaq, işimizi atıb icazələr dalınca qaçmaq bizim üçün vaxt itkisidir. Bəli, bu gülməlidir amma reallıqdır. Çox zaman mənbə susur. Belə olan halda kütləvi informasiya vasitələri mövcud olan məlumatı yaymağa başlayır. Əlsində təhsildə olan yaradıcı və keyfiyyətli iş gec, amma neqativ hadisə isə anında yayımlanır. Ona görədə düşünürəm ki, məktəbəqədər təhsil müəssisələri və şagir sayı 500 –dən yuxarı olan məktəblərin mətbuat orqanlarının fəaliyyət göstərməsi vacibdir. Bu fikir kiməsə qeyri-mümkün, lazımsız görünməsin. Orta məktəblərlə əlaqə saxlayan zaman jurnalistə həmişə məktəb direktorlarının cavabsız zəngləri ilə qarşılaşır, ya da qorxmuş direktorun uydurmaların dinləmiş olur. Halbuki bu, qətiyyən direktorun işi deyil. Təkcə bu deyil.

 

Problem eyni zamanda nəzarətsiz qalmış tərbiyyəçilərin mediada yersiz videolarının paylaşılmasıdır. Bu əslində yaxşı görünsə də çox keyfiyyətsizdir. Dərsdən çox şagirdlərlə müəllimlərin oyun oynanıldığı görüntülər yayımlanır. Bu görüntüləri yalnış yönümdə, mədəni dildə desək oğurlayıb öz xəbər portalında paylaşan ac xəbər jurnalistləri var. Müxtəlif başlıqlar altında yalnış informasiyanı cəmiyyətə ötürürlər. Amma sırf mətbuata, mediaya cavabdeh şəxs təyin edilsə, bu, təhsil sistemimizin və təhsil medianın inkişafına daha çox kömək edə bilər. Niyə biz gərək hansısa yeniliyi kimsə, hansısa ölkədə tətbiq etdikdən sonra təcrübədən keçirək?! Olmaz ki, bir dəfə də özümüz ilk addımı ataq?!

 

Deyəcəksiniz ki, Nazirliyin, Agentliyin mətbuat katibi, sədri, müavini media üçün çalışır. Bəli, bu da istər medianı, istərsə də təhsil sahəsində çalışan mənim kimi jurnalistərin işlərini daha asan edir. Artıq regional təhsil idarələrində, təhsil sektorlarında, ali təhsil və kolleclər də mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri fəaliyyət göstərir. Bu kimi mətbu qurumlar eyni zamanda böyük təhsil ocaqlarında da fəaliyyət göstərsə daha məqsədə uyğun olardı. Suallarımızı ünvanlamağa təhsildə mətbuat sahəsində çalışan jurnalistlər və PR menecerlər var. Lakin sayı azdır və ya elə təhsil müəssisələri var ki, ümumiyyətlə məlumat əldə etmək prosesi çətin olur.

 

Son 1-2 ildə bu çox müsbət nəticə verir. Çünki KİV-lər hər hansı informasiyanı əldə etmək istədikdə mətbuat xidmətləri, yaxud da ictimaiyyətlə əlaqələr şöbələri ilə əlaqə yaradıb və sual ünvanlaya bilir. Bu məsələdə mətbuat xidmətlərinin rəhbərləri dəpeşəkar olmalı və sualı özləri cavablandırmaq iqtidarında olmalıdırlar.

Bəzən biz jurnalistlər mətbuat xidmətlərinin zəif fəaliyyətindən çox narazıyıq. Mətbuata cavabdeh şəxs təmsil etdiyi təhsil müəssisəsinin fəaliyyətinə yaxından bələd olmalı və baş vermiş hadisələri də yaxından izləməlidir ki, medianın suallarını cavablandıra bilsin.

 

Hesab edirəm ki, təhsil müəssisələrinin rəsmiləri mediadan qaçmamalı, mətbuatla, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə olmalı, sosial şəbəkələrdə, onlayn mediada aktiv olmalıdırlar. Mətbuat xidmətlərinin vəzifəsi ünvanlanan suala çevik, dəqiq cavab verməkdir. Yaxşı olardı ki, təhsildə, sırf təhsil diplomu olan journalist bacarıqlarına sahib kadrlar çalışsın. Əslində bu da mövzu icərisində yaranan ayrı bir mövzudur. Lakin gördüyümüz, eşitdiyimiz məlumatı mediya düzgün ötürməyimiz üçün bizə dəstək olacaq təhsilli diplomu olmaqla yanaşı, jurnalist bacarığı olan kadr vacibdir! Əgər cəmiyyətimizin müsbət yöndə inkişafını istəyiriksə, sosial şəbəkələrdən düzgün istifadəni təkcə biz jurnalistlər deyil, eləcə təhsil işçiləri də bacarmalıdır. Təhsil sektorlarında PR strukturunun və media ilə işin düzgün qurulması, hədəfauditoriyalarının yaradılması bizim məlumatı cəmiyyətə ötürməkdə işimizi asanlaşdıra bilər.

 

Tanınmış “AzEdu.az”, MÜTDA-nın təhsil portalı demək olar ki, bütün yenilikləri işıqlandırır, neqativ məqamları isə cəmiyyətə araşdırıb tam dəqiq formada çatdırır.Dəfələrlər “AzEdu.az” təhsil portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı təhsildən yazan jurnalistlərin ixtisaslaşmasının vacibliyini vurğulayır. Biz media nümayəndəsi olaraq əlimizdən gələn doğruluğu əks etdirən materialları araşdırıb, informasiyanı cəmiyyətimizə ötürə bilməyə çalışırıq. Hər işin çətinliyi olduğu kimi bu işdə də çatışmazlıqlar var və yeni işlərin başlanmasına ehtiyac var. “Hər zamanda yaxşı şeyləri paylaşmalıyıq” deyə bir fikirdə yoxdur jurnalistika qanunuda. Lakin məlumatların mediada cəld və çevik işiqlandırmasında çətinlik olduğunu düşünərək deyə bilərəm ki, bir materialı işiqlandırmaq üçün biz bəzən 1 həftə vaxt itimiş oluruq. Əslində bu sahədəolan boşluqlar aradan qalıdırılarsa, media və təhsil mediasının yeni işləriişıqlandırmasında hər iki tərəf üçün bir həmrəylik yaranar. Təhsil media ilə dost olarsa cəmiyyətimizə, ətrafımıza, dünyaya bir pəncərə açılmış olar. Sevindirici haldır ki, bu sahədə çoxlu maarifləndirici təlimlər, konfranslar keçirilir. Media təhsili və media savadlılığı bütün ölkələr üçün aktuallıq kəsb etməkdədir....

 

Əliyeva Nuranə ( Nura Nur)

TV Jurnalist
( LARTİ- İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!