Modern.az

UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupda

UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupda

Təhsil

17 Aprel 2024, 10:36

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş UNEC, dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb.

 

Belə ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC "İqtisadiyyat və ekonometrika" fənni sahəsi üzrə Böyük Britaniyanın Aston Universiteti, Türkiyənin Sabançı Universiteti, Çinin Shanghai Universiteti, İsveçrənin Basel Universiteti, Qatar Universiteti, ABŞ-ın Aeva (İowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse universitetləri ilə eyni qrupa daxil olub.

 

Eləcə də, UNEC həmin reytinqdə ABŞ-ın Louisiana Dövlət, Kaliforniya Riverside, Vaşinqton Dövlət, Böyük Britaniyanın Leicester (401-450),  Türkiyənin İstanbul (451-500), Hacettepe,  ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən  (501-550) önə çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək