Modern.az

Nazir Mərkəzi Hərbi Hospitalın rəisini işdən çıxardı, yenisini təyin etdi

Nazir Mərkəzi Hərbi Hospitalın rəisini işdən çıxardı, yenisini təyin etdi

Təhsil

30 Oktyabr 2013, 16:17

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov imzaladığı əmrə əsasən ehtiyatda olan baş leytenant Tofiq Tağıyevə mayor hərbi rütbəsi verilib və o  Mərkəzi Kliniki Hərbi Hospitalın (MKHH) rəisi vəzifəsinə təyin edilib. Modern.az-ın məlumatına görə, bu haqda hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. O,  kifayət qədər savadlı və bacarıqlı hərbi həkimlər olduğu halda ehtiyatda olan zabitin, həm də baş leytenantın Mərkəzi Kliniki Hərbi Hospital kimi mühüm obyektə necə rəhbərlik edəcəyini şübhə altına alıb. Ü.Cəfərovun sözlərinə görə, bu təyinat Müdafiə Nazirliyi kollektivində birmənalı qarşılanmayıb.

Ü.Cəfərov digər təyinatlaradan da söz açıb.  “Xatırladım ki, Mərkəzi Kliniki Hərbi Hospitalın sabiq rəisi, tibb xidməti polkovniki Firudin Qarabəyov uzun illər Müdafiə Nazirliyi sistemində çalışıb və bir müddət bundan əvvəl MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət keçib. 
Nazirin digər əmri ilə sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində nazirliyin Ərzaq Xidməti rəisi olmuş, bir müddət bundan əvvəl isə ehtiyata tərxis edilmiş polkovnik-leytenant Malik Qurbanov yenidən hərbi xidmətə çağırılmaqla bu vəzifəyə təyin edilib”-deyən hərbçi ekspert onu da bildirib ki, başqa təyinatlar və yerdəyişmələr də olacaq.
Ü.Cəfərov qeyd edib ki, təyinat və ya vəzifədən çıxarılmaqla bağlı məlumatlar ona yeni təyin olunmuş müdafiə naziri Zakir Həsənovun yaxın ətrafı tərəfindən verilir.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI