Modern.az

İslam Partiyasının sədr əvəzi “İranla əlaqəsinə” aydınlıq gətirdi

İslam Partiyasının sədr əvəzi “İranla əlaqəsinə” aydınlıq gətirdi

Təhsil

5 Noyabr 2013, 16:29


“Kənara çəkilməmişik, siyasi mübarizəmizi davam etdiririk”. Bu açıqlamanı Modern.az-a Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov deyib. O, qeyd edib ki, hazırda siyasi əməkdaşlıqla bağlı danışıqlar 3 partiya arasında aparılır: “Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşdük, müzakirələr apardıq. Üç partiya – Ədalət Partiyası, Yaşıllar Partiyası və Azərbaycan İslam Partiyası arasında “Vətən” Blokunun detallarını müzakirə olunur. Partiyanın Baş Məclisinin qərarından sonra blokda fəaliyyətimizlə bağlı fikirlərimizi konkretləşdirəcəyik. Bloku yaratmağımızda məqsəd gələcəkdə keçiriləcək seçkilərə ciddi hazırlaşmaqdır”.

E.Manafov İrana tez-tez getməsinə də aydınlıq gətirib: “İrana tez-tez getməyimin səbəbi övladlarımın İranda oxuması ilə bağlıdır. Əvvəlcə uşaqlar Azərbaycanda İran səfirliyinin mədrəsəsində təhsil alırdılar. Hökumətin qadağasından sonra məcbur olduq ki, onları təhsil alması üçün İrana göndərək. Bu səbəbdən də İrana tez-tez gedirəm”. 

İlkin PİRƏLİ  
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı