Gənc fotoqrafları 24-105 mm obyektivli Canon 6D fotokamera hədiyyə olunacaq
Gürcüstan, Ukrayna, Belorusiya, Ermənistan və Azərbaycandan olan həvəskar-fotoqrafların Şərq Əməkdaşlığı “Photoman-2013” Beynəlxalq Foto Müsahibəsi internet-realiti şou formatında Facebook sosial şəbəkəsində (//apps.facebook.com/photomann) keçirilirən müsabiqə üçün qeydiyyat başlanılıb. İştirakçıları maraqlı tapşırıqlar, sərt rəqabət, real zamanda dinamik səsvermə və qiymətli mükafatlar gözləyir.
Azərbaycan Fotoqraflar Birliyindən Modern.az saytına bildiriblər “Photoman-2013” şərq əməkdaşlığı ölkələrində gənc fotoqrafları həvəsləndirməyə, həmçinin yeni başlayan və işində irəliləmiş həvəskar fotoqraflara yönəlmiş beynəlxalq foto müsahibədir. “Photoman-2013” müsahibəsinin rəsmi təşkilatçısı Gürcüstan Fotoqraflar Birliyidir (GFB). “Photoman-2013” özünü peşəkar fotoqraf qismində sınamaq istəyən, hər gün müəyyən maneələri keçməyə məcbur olan istedadlı, ambisiyalı, cəsarətli fotohəvəskarlar üçün canlı, əyləncəli, maraqlı tapşırıqların və sərt rəqabətin olduğu bir müsahibədir. İştirakçılar hər-hansı bir mərhələdə yerinə yetirməli olduqları tapşırıqlardan xəbərsiz olurlar. Hər altı ölkə üzrə foto müsahibənin qalibini şərq əməkdaşlığı ölkələrindən olan sponsorlardan qiymətli mükafatlar – videokamera, portativ ratsiya, foto aksesuarlar və bir çox digər dəyərli mükafatlar, həmçinin Tbilisi meriyası Mədəni Tədbirlər Mərkəzi tərəfindən təqdim edilən 24-105 mm obyektivli Canon 6D fotokamera gözləyir. Şərq əməkdaşlığının hər ölkəsindən 15 nəfər 2014-cü ilin mart ayında başlayacaq olan Şərq əməkdaşlığının “PHOTO-SCHOOL.EU” beynəlxalq birgə onlayn-foto məktəbində dörd aylıq ödənişsiz tədris kursu keçmək hüququ qazanırlar.
Qeydiyyat 1 dekabr 2013-cü il tarixinədək davam edəcək.
Modern.az