Modern.az

Nazirlik şöbə müdirlərinin işdən çıxarılma xəbərinə münasibət bildirdi

Nazirlik şöbə müdirlərinin işdən çıxarılma xəbərinə münasibət bildirdi

Təhsil

5 Noyabr 2013, 17:26

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Çingiz Fərəcov və Sabir Vəliyevin işdən azad edilməsi haqqında mətbuatda informasiyalar yer alıb. Qeyd edək ki, Prezidentin sərəncamı ilə Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra onun iki müavini – Aslan Aslanov və Bəhram Əliyev işdən azad edilmişdi.

  Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında şöbə müdirləri Çingiz Fərəcov və Sabir Vəliyevin işdən azad edilməsi haqqında məlumatları təsdiq etməyib.
“Hər iki şöbə müdiri iş başındadırlar və işdən çıxarılmayıblar”. M.Hacıyev boş qalan nazir müavinlərin yerinə hələ yeni təyinatın olmadığını da bildirib.   Aytən ƏLİYEVA  
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı