Modern.az

“Akkord” şirkətində yeni kadr dəyişikliyi gedir

“Akkord” şirkətində yeni kadr dəyişikliyi gedir

6 Noyabr 2013, 12:01


Xəbər verdiyimiz kimi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Xaqani Quluzadə xaricdə təhsili alması ilə bağlı vəzifəsindən istefa verib. Bundan sonra şirkətdə bir neçə kadr dəyişikliyinin olması ilə bağlı məlumatlar yayılmaqdadır. 

Amma “Akkord” ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva Modern.az-a açıqlamasında davam edən kadr dəyişiklikləri ilə bağlı məlumatları təkzib edib. Beynəlxalq layihələrdə iştirak edən Korporasiyanın öz kadrlarının təhsi və ixtisas səviyyəsinin davamlı şəkildə yüksəldilməsinə hər zaman böyük önəm verdiyini  bildirən xidmət rəhbəri X.Quluzadənin təhsilinin də bu aspektdən dəyərləndirilməli olduğunu deyib. 

“Şirkət işçiləri mütəmadi olaraq əlavə kurslar keçir. Baş mütəxəssislər xaricdə təhsillərini davam etdirirlər. Bunların hamısı ənənə halını alıb. Hazırda başqa kadr dəyişiklikləri ilə bağlı gündəmdə hər hansı bir məsələ yoxdur. Üstəlik, belə dəyişikliklər hər zaman ola bilər və bunun baş direktorun dəyişikliyi ilə bir əlaqəsi yoxdur. “Akkord” həmişə yeni infrastruktur layihələri həyata keçirmək üçün öz sıralarına yeni işçilər cəlb edir, bu layihələr tamamlandıqda isə, onların bir qismi müqaviləyə uyğun olaraq işdən kənarlaşır və ya digər layihələrə transfer olunurlar”.

Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı