Modern.az

“Azəriqaz” təhlükəsizlik ayı keçirir

“Azəriqaz” təhlükəsizlik ayı keçirir

6 Noyabr 2013, 12:18

2013-2014-cü illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin qazdan istifadə qaydaları ilə təlimatlandırılması və onların maarifləndirilməsi məqsədilə noyabrın 1-dən aylıq elan olunub. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin sədri Araz Ağayevin Modern.az-a açıqlamasına əsasən, “Təbii qazdan təhlükəsiz istifadə aylığı” çərçivəsində tədbirlər planı hazırlanıb. Həmin plan çərçivəsində abonentlərin növbədənkənar təlimatlandırılması nəzərdə tutulur. Eyni zamanda təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatını dayandırılması yönündə tədbirlər görüləcək. “Bundan əlavə, qaz şəbəkəsində avadanlıqlara bir daha baxış keçiriləcək. Qeyri-standart qaz avadanlıqlarının istismardan çıxarılması üçün zəruri tədbirlər görüləcək. Tədbirlər planına müvafiq olaraq qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışları vaxtında yerinə yetirilməsinə nəzarət ediləcək”.

Araz Ağayevin sözlərinə görə, “Təbii qazdan təhlükəsiz istifadə aylığı”müddətində “Azəriqaz” İB-in qaz təsərrüfatı istismar şöbəsi, bütün Qaz İstismar sahələri gücləndirilmiş iş rejiminə keçib və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Gülşən Raufqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı