Modern.az

Beynəlxalq tədbir – “Gənclər işində etika”

Beynəlxalq tədbir – “Gənclər işində etika”

6 Noyabr 2013, 12:20

Gənclər üçün Təhsil Mərkəzinin üzvləri Gürcüstanın Bakuriani şəhərində keçirilən “Gənclər işində etika” adlı beynəlxalq tədbirdə ölkəmizi təmsil edir. Bu barədə Modern.az saytına mətbuat xidmətinin rəhbəri Qızılgül Teyyubova  məlumat verib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən 30 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərin etik davranışları, tolerantlıq çağırışları və digər mövzulara  toxunulub. Tədbir çərçivəsində Gürcüstanın bir neçə nüfuzlu gənclər təşkilatları ilə görüşlər  keçirilib, ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə və qazanılmış uğurlar barədə məlumat verilib.

Bu ilin dekabr ayının 1-dən 7-dək Gənclər üçün Təhsil Mərkəzi müxtəlif ölkələrdən olan 30 fəal gəncin iştirakı ilə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edəcək.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı