Modern.az

Azərbaycanda müəllimlərə siqaret çəkmək qadağan EDİLDİ

Azərbaycanda müəllimlərə siqaret çəkmək qadağan EDİLDİ

Təhsil

23 May 2024, 15:42

Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib.

 

Modern.az-ın məlumatına görə, sözügedən sənəddə pedoqoji heyətin təhsil müəsisələrində davranış qaydaları öz əksini tapıb.

 

Qaydalara əsasən, təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.

 

Həmçinin, müəllimlər dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?