Modern.az

Şagirdi döyən məktəb mühafizəçisi işdən çıxarıldı - VİDEO

Şagirdi döyən məktəb mühafizəçisi işdən çıxarıldı - VİDEO

Təhsil

11 İyun 2024, 14:06

Bakının Səbail rayonunda yerləşən 189-190 saylı tam orta məktəbdə insident yaşanıb. Hadisə zamanı məktəbin mühafizəçisi şagirdi döyüb.

 

Modern.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) hadisə ilə əlaqədar məlumat yayıb.

 

Məlumata görə, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:

 

"Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?