Modern.az

İkili diplom proqramının ilk məzunlarının buraxılış mərasimi keçirilib - FOTO

İkili diplom proqramının ilk məzunlarının buraxılış mərasimi keçirilib - FOTO

12 İyun 2024, 16:32

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin buraxılış mərasimi olub.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.

 

Mərasimdə hər iki universitetin rəhbərliyi, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, dövlət rəsmiləri, akademik heyət və tələbələr iştirak ediblər.

 

Tədbirdə Ege Universitetinin tələbələri tərəfindən hazırlanan rəqs nömrələri nümayiş olunub.

 

Çıxış edən Ege Universitetin rektoru Necdet Budak ikili diplom proqramının ilk məzunlarını təbrik edib.

 

ADAU-nun rektoru Zəfər Qurbanov həyata keçirilən beynəlxalq ikili diplom proqramının təhsil sahəsində Azərbaycan–Türkiyə qardaşlığının simvolu olduğunu deyib. Rektor bildirib ki, bu il məzun olan 40 tələbə gələcəkdə ölkəmizin kənd təsərrüfatının inkişafında müstəsna rol oynayacaq.

 

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Azərbaycanın Türkiyədəki səfirinin müşaviri Nəcibə Nəsibova çıxış edərək, proqramın fəaliyyətini yüksək qiymətləndirib, məzunlara uğurlar arzu ediblər.

 

Çıxışlardan sonra Necdet Budak Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun Ege Universitetinin “Fəxri doktoru” adına layiq görüldüyünü bildirib. Z.Qurbanova fəxri diplom və mantiya təqdim edilib.

 

Sonda Ege Universitetinin Kənd təsərrüfatı fakültəsini yüksək qiymətlərlə bitirən tələbələrə təşəkkürnamələr təqdim edilib, adları fəxri kötüyə həkk olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq