Modern.az

Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Rektordan AÇIQLAMA

Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Rektordan AÇIQLAMA

Təhsil

18 İyun 2024, 18:52

Beynəlxalq əməkdaşlığımızın komponentlərindən biri də ikili diplom proqramlarıdır.

 

Modern.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "oxu.az"a müsahibəsində bildirib.

 

"Həm ölkəmizin öndə gedən universitetləri, həm də dünyanın qabaqcıl universitetlərində ikili diplom proqramını həyata keçirməyə çalışırıq. Bu barədə düşüncələrimiz var. Mahiyyət ondan ibarətdir ki, tələbələrimiz Qarabağ Universitetində təhsil aldıqları müddətdə həmin tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olsunlar, həmin o universitetlərin müəllimlərindən dərs ala, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilsinlər və nəticədə Qarabağ Universitetinin diplomu ilə barabər, həmin ikili diplom üzrə tərəfdaşımız olan yerli və xarici universitetlərin də diplomunu əldə edə etsinlər", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var