Modern.az

Tələbələrin akademik borcu nədən yaranır? - Ekspert danışdı

Tələbələrin akademik borcu nədən yaranır? - Ekspert danışdı

Təhsil

25 İyun 2024, 12:19

2023-cü ildə 716 tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib. Bunun səbəbləri nələrdir? Bu kimi hallarla qarşılaşmamaq üçün tələbələr nə etməlidirlər?


Mövzu ilə bağlı Modern.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.
 

Onun sözlərinə görə, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Hər bir tələbə ali təhsil müəssisəsinə qəbul olanda onun öhdəliklərindən biri akademik öhdəlikdir:
 

“Akademik öhdəlik tələbənin tədris müddətində keçdiyi öz ixtisası üzrə, yaxud ixtisasına yaxın olan, öyrənlməsi zəruri olan fənnlərdir. Akademik öhdəliyin yerinə yetirilməməsi imtahanladan kəsilmək deməkdir. Ali təhsil müəssisəsələrinin təşkili qaydalarında da, nizamnamədə də göstərilib ki, tələbənin kəsir sayı müəyyən olunmuş kontekstdən çox olarsa, tələbə ali məktəbdən xaric olunur. Bunun birinci səbəbi odur ki, tələbələrimiz az bal toplayır, amma müxtəlif ixtisaslarda mütləq şəkildə tələbə olmağı arzulayırlar”.
 

Ekspert bildirib ki, akademik borc tələbənin fənnlər üzrə imtahanları verə bilməməsi deməkdir:
 

“Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu qaydalar kifayət qədər sərtdir. Xaric olunmaların ən çox olduğu digər ali təhsil müəssisəsi isə Azərbaycan Turizm Universitetidir. Bu gün ən yaxşı imtahan qaydaları Bakı Dövlət Universitetində tətbiq edilir. Burada hansısa yolla kənar müdaxilə mümkün deyil. Bəzi tələbələr elə düşünür ki, təki universitetə qəbul olunsunlar. Onlar sonrakı prosesləri hansısa yollarla həll edə biləcəklərini sanırlar. Onlar başa düşməlidirlər ki, Azərbaycanda ali təhsilin mənzərəsi dəyişib. Artıq universietlərdə pulla, tapşırıqla qiymət yazmaq mümkün deyil”.
 

K.Əsədov qeyd edib ki, heç kim tələbələrə aşağı qiymət yazmaq istəmir. Sadəcə olaraq bəzi tələbələrin ixtisasla bağlı bilikləri zəif olur:
 

“Bunu aradan qaldırmaq üçün mütləq aralıq imtahanları olmalıdır. Düzdür, kollekviumlar olur, amma mən hesab edirəm ki, tələbələrin semestr imtahanlarına qədər toplayacaqları ballara müəyyən qədər əsas verəcək faktorlar olmalıdır. Bu gün ən vacib məqamlardan biri tələbələrin akademik borclarının semestrə qədər həll olunması ilə bağlıdır ki, bu ciddi problemdir. Hesab edirəm ki, tələbələr imtahana qədər ən az bir dəfə aralıq imtahanı verməli və oradan müəyyən bal toplamalırlar ki, semestr imtahanındakı nəticələr onların akademik borclarının, sadə dillə desək kəsirlərinin yaranmasına gətirib çıxarmasın”.
 

Müsahibimiz sonda vurğulayıb ki, bəzi universitetlərdə kafedralar süni şəkildə tələbələri "kəsməyə" maraqlı olurlar:


“Bunun səbəbi tələbələrin alt qruplarda oturmaları, kredit ödəmələridir. Amma hesab edirəm ki, akademik borcun yaranması ali təhsil müəssisəsində normal tədris olmaması ilə də bağlı ola bilər. Məncə müəllimlər tədrisi normal təşkil etsəydilər, bu tipli hallar yaşanmazdı. Tələbələrin imtahana qədərki prosesi daha təkmil olsa, akademik borca görə azadolmalar da azalacaq”.
 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi