III ixtisas qrupunun DT alt qrupunda yer alan "Jurnalistika" ixtisasına qəbul olmaq üçün 893 abituriyent qeydiyyatdan keçib. Onlardan 803 nəfər Azərbaycan, 90 nəfər isə rus bölməsinə mənsub abituriyentlərdir. Qeyd edək ki, imtahan 4 avqustda baş tutacaq.
Modern.az xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, bu il "jurnalistika" ixtisası üzrə 4 universitet olmaqla 150 dövlət sifarişli yer ayrılıb.
Məlumata görə, "jurnalistika" ixtisası üçün Bakı Dövlət Universitetində Azərbaycan, ingilis, rus bölmələri, əyani və qiyabi olmaqla 150 yer, Bakı Slavyan Universitetində (BSU) Azərbaycan bölməsi üzrə 40 yer, Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan bölməsi üzrə 40 yer, Azərbaycan Dillər Universitetində isə yalnız ingilis bölməsi üzrə 60 yer ayrılıb.
Ümumilikdə bu ixtisas üçün 265 yer ayrılıb. onun 150-si dövlət sifarişidir.