Modern.az

Qarabağ Universitetində plan YERLƏRİ

Qarabağ Universitetində plan YERLƏRİ

Təhsil

8 Avqust 2024, 14:53

Qarabağ Universitetində ayrılan plan yerlərinin sayı məlum olub.

 

Modern.az-ın "Abituriyent" jurnalına istinadən verdiyi məlumatına görə, Universitetdə I ixtisas qrupu üçün 290 yer, II və III qruplar üçün 330 plan yeri ayrılıb.

 

I ixtisas qrupunda:

Riyaziyyat müəllimliyi (RK): 60 yer
Elektrik və elektronika mühəndisliyi (RK): 40 yer
İnşaat mühəndisliyi (RK): 40 yer
Kompüter mühəndisliyi (Rİ): 100 yer
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK): 30 yer
Mexatronika və robotexnika mühəndisliyi: 30 yer

 

II ixtisas qrupunda:


Beynəlxalq ticarət və logistika: 30 yer
Dövlət və bələdiyyə idarəetməsi: 40 yer
İqtisadiyyat: 40 yer
Maliyyə: 40 yer
Menecment: 30 yer
Mühasibat: 30 yer
Turizm işinin təşkili: 120 yer

 

III qrupda:

Azərbaycan dili və ədəbiyyat müəllimliyi: 60 yer
İbtidai sinif müəllimliyi: 60 yer
Xarici dil müəllimliyi: 60 yer
Beynəlxalq münasibətlər: 60 yer
Hüquqşünaslıq: 60 yer
Tarix: 30 yer

 

Universitetdəki bütün ixtisaslar dövlət sifarişlidir.

 

Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi