Modern.az

150-200 bal toplayanlar da universitetə qəbul ola bilir - Məleykə Abbaszadə

150-200 bal toplayanlar da universitetə qəbul ola bilir - Məleykə Abbaszadə

Təhsil

22 Avqust 2024, 13:55

Azərbaycan ali məktəblərə tələbə qəbulunda ən liberal ölkələrdəndir.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbazadə deyib.

 

O bildirib ki, artıq 150-200 bal toplayan şəxslər də universitetə qəbul ola bilir. 

 

"Yerlər kifayət qədər çoxdur və ixtisasların keçid balları 200 baldır, bəzi ixtisaslarda isə bu bal 150 bala qədər endirilib", - sədr vurğulayıb.

 

Məleykə Abbazadə əlavə edib ki, keçid balları imtahan nəticələrindən asılıdır.

 

"Müsabiqəyə buraxılma şərtləri hüquqi-normativ sənədlərdə öz əksini tapıb və uzun illərdir ki bu qaydalar dəyişmir. 150 baldan yuxarı bal toplayan şəxslər müsabiqədə iştirak edə bilər, amma bu o demək deyil ki, onlar mütləq hansısa ixtisasa qəbul olacaqlar. Müsabiqə balları imtahanda iştirak edən şəxsləri balından və o ixisasa ayrılan yerlərdən asılıdır", - DİM sədri "Real TV"tə açıqlamasında qeyd edib.

 

Arifə Kərimzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi