Modern.az

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Təhsil

5 Sentyabr 2024, 09:40

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Tədris ilində COP29 ilə bağlı aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirici görüşlərinin, müzakirələrin, “açıq dərs”lərin, seminarların, “dəyirmi masa”ların, intellektual müsabiqələrin, debatların və yarışların keçirilməsi nəzərdə tutulub.

 

Həmçinin, təhsilalanların “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı layihələrə cəlb olunması planlaşdırılır.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!