Xəbər verdiyimiz kimi, Masallı rayonunun Şıxlar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ali Mamedovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 2011-ci il təvəllüdlü sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, həyatını itirən uşaq məktəblidir.
O, Masallı şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi olub.