Modern.az

Qarabağ Universitetində dərslər bu tarixdə başlayacaq - RƏSMİ

Qarabağ Universitetində dərslər bu tarixdə başlayacaq - RƏSMİ

10 Sentyabr 2024, 11:20

15-16 sentyabrdan Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə başlanılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

 

O bildirib ki, Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Universitetdə tədris sentyabrın 23-dən etibarən başlayacaq.

 

Nazir vurğulayıb ki, oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq.

 

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI