Modern.az

Bakıda 2 tanınmış liseyin direktorları vəzifələrindən AZAD EDİLDİ

Bakıda 2 tanınmış liseyin direktorları vəzifələrindən AZAD EDİLDİ

12 Sentyabr 2024, 12:48

Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.

 

Direktorların əvəzinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, Talıbov Tariyel 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI