Modern.az

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? - Fakt araşdırılır

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? - Fakt araşdırılır

Təhsil

20 Sentyabr 2024, 18:00

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

 

"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI