Modern.az

Naxçıvanlı şagirdlər robot olimpiadasında qalib olublar

Naxçıvanlı şagirdlər robot olimpiadasında qalib olublar

Təhsil

22 Sentyabr 2024, 18:19

Bakıda yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub.

 

Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin 6 şagird və 3 mentordan ibarət komandaları iştirak edib.

 

Yarışın yekun nəticəsinə əsasən Mərkəzin ROGER adlı komandası RoboSports kateqoriyası üzrə 3-cü yerin qalibi olub.

 

Qeyd edək ki, komandanın üzvləri - Tayfun İmanlı, Məhəmmədəli Məmmədov və Ələkbər Əliyevdir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI