Modern.az

Qalmaqallı bağça ilə bağlı rəsmi AÇIQLAMA

Qalmaqallı bağça ilə bağlı rəsmi AÇIQLAMA

Təhsil

26 Sentyabr 2024, 22:06

Şirvan şəhər 5 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz videogörüntülər yayılıb.

 

Modern.az məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, həmin videogörüntülərdə səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

 

Qeyd olunub ki, tərbiyəçi-müəllimlərin sentyabr ayı üçün əməkhaqları digər aylarda olduğu kimi hesablanmış və plastik kart hesablarına köçürüləcəkdir: 

 

"Qeyd etmək istəyirik ki, həmin məktəbəqədər təhsil müəssisəsində idarə əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı müəssisənin bir neçə əməkdaşının müəssisənin daxili nizamnaməsi ilə təsdiq olunmuş iş qrafikinə əməl etməyərək, əmək intizamını pozduğu aşkar edilmişdir. Hal-hazırda həmin şəxslər barəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI