Modern.az

Məktəbəhazırlıq qruplarında da dərslər BAŞLADI

Məktəbəhazırlıq qruplarında da dərslər BAŞLADI

1 Oktyabr 2024, 13:00

Bu gün – oktyabrın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslər başlayıb.

Elmə və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu il məktəbəhazırlıq qruplarına 93 mindən çox uşaq qəbul olunub.

Üzrlü səbəbdən məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI