Modern.az

Universitetlərin xüsusi şəbəkəsi yaradılacaq

Universitetlərin xüsusi şəbəkəsi yaradılacaq

Təhsil

3 Oktyabr 2024, 13:22

Bu ilin noyabrınadək iqlim dəyişiklikləri ilə bağlı universitetlərin xüsusi şəbəkəsi yaradılacaq.

 

Modern.az xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

 

O, məsələnin hələ təklif formasında olduğunu bildirib: "Biz bu gün keçirilən "İqlim dəyişikliyi üzrə Azərbaycan universitetləri şəbəkəsi" adlı müzakirəyə, demək olar, sadəcə ağ vərəqlə gəlmişik. Müzakirələrin nəticəsi olaraq, şəbəkənin yaradılması istiqamətində konkret addımlar noyabr ayına qədər müəyyənləşdirilə bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI