Modern.az

UNEC-ə 12 nəfər Prezident təqaüdçüsü qəbul olub

UNEC-ə 12 nəfər Prezident təqaüdçüsü qəbul olub

Təhsil

7 Oktyabr 2024, 11:22

2024-2025-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Modern.az xəbər verir ki, bu ilki Prezident təqaüdçüləri arasında ilk dəfə olaraq, I ixtisas qrupu üzrə tələbə də yer alıb. Qəbul imtahanlarında 692,8 bal toplayan Nicat Şirinov Rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasına qəbul olub. Qeyd edək ki, Nicat Şirinov həm də universitet üzrə ən yüksək bal toplayan tələbədir.

Prezident təqaüdünü qazanmış digər 10 tələbə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Maliyyə” ixtisasına, 1 tələbə isə Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” ixtisasına qəbul olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI