Modern.az

3 məktəbin direktoru DƏYİŞDİ

3 məktəbin direktoru DƏYİŞDİ

Təhsil

9 Oktyabr 2024, 11:44

Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

 

Modern.az "iqtisadiyyat.az" istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

 

Belə ki, Qönçə Səftərova “Təfəkkür Liseyi”nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.

 

Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova “Təfəkkür Liseyi”nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI