Modern.az

Xırdalan məktəbində xüsusi siniflər açıldı - FOTOLAR

Xırdalan məktəbində xüsusi siniflər açıldı - FOTOLAR

Təhsil

15 Oktyabr 2024, 10:18

Abşeron rayon Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə xüsusi siniflər açılıb.

 

Modern.az-ın məlumatına görə, ilkin olaraq hər sinif üzrə 5 şagirdin yerləşdirilməsi nəzərdə tutulub.

 

Xüsusi siniflərdə təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.

 

Təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Sağlamlıq imkanları məhdud şagirdlər Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında xüsusi siniflərə cəlb edilirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI