Modern.az

Bakıda bu məktəbə direktor TƏYİN EDİLDİ

Bakıda bu məktəbə direktor TƏYİN EDİLDİ

Təhsil

19 Oktyabr 2024, 16:17

Bakı şəhəri Xətai rayonunda yerləşən Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

 

Modern.az-ın məlumatına görə, Nağıyev Ruslan Özbəy oğlu məktəbin direktoru təyin olunub.

 

O, bu həftə vəzifəsinin icrasına başlayıb. Ruslan Nağıyev Azərbaycan dili və ədəbiyyat müəllimidir, o, 2023-cü ildən 165 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, 257 nömrəli məktəbin keçmiş direktoru Qarat Qaratov çalışmanın son yaş həddinə çatma səbəbi ilə bir müddət əvvəl əmək fəaliyyətini başa vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI