Modern.az

Havaya görə dərsə gecikən tələbələrə güzəşt olunur - AÇIQLAMA

Havaya görə dərsə gecikən tələbələrə güzəşt olunur - AÇIQLAMA

Təhsil

22 Oktyabr 2024, 15:20

Son günlərdə ölkəmizidə havanın yağmurlu keçməsi səbəbindən yollarda yaranan problemlər tələbələrin də dərsə gecikməsinə səbəb olur. 

 

Bəs universitetlərdə bu kimi hallarda tələbələrə güzəşt edilirmi?

 

Mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab verən Bakı Dövlət Universiteti, Azərbaycan Mematlıq və İnşaat Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universitetindən bildirilib ki,  universitetlər tərəfindən bu cür fors-major hallarda tələbələrə qarşı humanist yanaşma özünügöstərir.

 

"Belə ki, dərsə gecikmə halları nəzərə alınır. Bu həmçinin müəllimlərin ixtiyarında da olan bir məsələdir və istisnalar ola bilər", - məlumatda qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI