Modern.az

Çingiz Aytmatovun 85 illiyi qeyd olunacaq

Çingiz Aytmatovun 85 illiyi qeyd olunacaq

18 Dekabr 2013, 12:45

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Modern.az-ın məlumatına görə, bir çox elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə yazıçının həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən yazıçının məşhur əsərlərindən parçalar nümayiş etdiriləcək, sevilən musiqilər ifa olunacaq. "Cəmilə", "Ağ gəmi", "Əlvida, Gülsarı!", "Gün var əsrə bərabər", "Qırmızı alma", "Dəniz kənarı ilə qaçan alabaş" və sair onlarla məşhur əsərlərin müəllifi Çingiz Aytmatov Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət Mükafatı laureatı olmuş, Qırğızıstanın Xalq Yazıçısı fəxri adına layiq görülüb.

Çingiz Aytmatov 2008-ci il iyunun 10-da 80 yaşında vəfat edib.

 

Misranə Həsənzadə  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı