Qırğızıstan prezidenti Almaz Atambayev parlamentin binasında silah gəzdirməyi qadağanı nəzərdə tutan qanuna düzəlişi imzalayıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, qadağa deputatlara, eləcə də dəvət olunan və parlamentdə akkreditə olunanlara aiddir. Düzəliş bir qədər əvvəl deputat İrina Karamuşkinanın təşəbbüsü ilə qəbul olunub. Deputatlara nəzarətin gücləndirilməsi ilə bağlı məsələ ötən ilin payızındaki qarşıdurmalardan sonra aktivləşmişdi. O vaxt Bişkekdə mitinq keçirən müxalifətdə olan “Ata-jurt” (“Ata yurdu”) partiyasının bir neçə deputatı kütləni parlamenti ələ keçirməyə çağırmışdı. Aksiya keçirənlər hasardan aşıb, hətta darvazaları sındırsalar da, hüquq-mühafizə orqanları onların binaya daxil olmasına imkan verməmişdi.
Mitinq təşkilatçıları hakimiyyəti qəsb etmək ittihamı ilə həbs olunaraq azadlıqdan məhrum ediliblər. Parlamentarlardan biri Sadır Japarovdan isə “Makarov” tipli tapança müsadirə edilmişdi. O etiraf edirdi ki, ünvanına edilən hədələrə görə silahlanıb. Qıüğızıstan Daxili İşlər Nazirıliyinin məlumatına görə, 50 deputatın silahı var.
Modern.az