ABŞ-ın Federal Tədqiqat Bürosu (FTB) Fəthullah Gülən ilə əlaqəsi olduğu iddia edilən məktəblərə basqın təşkil edib. Modern.az türk KİV-nə istinadən bildirir ki, bu haqda yerli mətbuatda xəbər verilib. Həmin xəbərlərə görə, FTB agentləri Luiziana ştatında fəaliyyət göstərən bir məktəbdə axtarış apararaq bəzi sənədləri götürüb, istintaq Texas ştatındakı digər bir məktəbə də yollanıb. FTB-dən əməliyyatın səbəbi şərh edilməsə də, mətbuatda məktəbdə çalışanların maaşlarının bir hissəsini Gülən hərəkətinə köçürülməsi ilə əlaqədar ola biləcəyi ehtimal olunur.
“Milliyyət” qəzetinin xəbərinə görə, ABŞ-ın bir çox ştatında fəaliyyət göstərən və dövlətdən maliyyə alan "çarter" tipi məktəblərin Gülən hərəkəti ilə əlaqəsi olduğu bu günə qədər rəsmi olaraq qəbul edilməyib. ABŞ-da "çarter" məktəblər dövlətdən maliyyə götürür, ancaq səlahiyyətli təşkilatlarla edilən razılaşma çərçivəsində qalmaq şərti ilə özlərinə xas bir dərs proqramı tətbiq edə bilirlər. Bu məktəblər vəlilər, müəllimlər, universitetlər, ya da dərnəklər tərəfindən qurula bilir. Bəziləri riyaziyyat, ya da elm kimi mövzulara üstünlük verir, bəziləri də ətrafdakı digər dövlət məktəblərinə görə ortaq imtahanlarda daha çox müvəffəqiyyət əldə etməyi hədəfləyirlər. Yerli mətbuatda yer alan xəbərlərə görə, ilk basqın dekabrın 11-də Luiziana şəhərindəki Baton Rujda olan Kenilvort Elm və Texnologiya Məktəbinə edilib. FİB agentlərinin binadan çox sayda qutu çıxardığı görülüb. “Times-Picayune” qəzeti məktəbi idarə edən Pelican Təhsil Vəqfinin Gülən hərəkəti ilə bağlı olduğunu bəyan edib.
Modern.az