Modern.az

Yeni “quş qripi” virusu artıq can aldı – SOS

Yeni “quş qripi” virusu artıq can aldı – SOS

Təhsil

19 Dekabr 2013, 12:48

Dünyanı yavaş-yavaş cənginə alan yeni virusdan artıq ölən insanlar var. H10N8 adı almış xəstəlik daşıyıcısı haqda nələri bilirik?

Modern.az topladığı bilgilərə əsasən, H10N8, yaxud digər adı “Korona” olan virusun insanlar arasında yayılma ehtimalı ilk dövrlərdə az idi. Lakin hazırda mütəxəssislər ölüm faktını nəzərə alaraq onu təhlükəli infeksiyalar sırasına daxil ediblər. Bioloqlar “Korona” virusunun daha əvvəl mutasiyaya uğrayaraq epidemiyaya çevrilməsindən təşvişə düşüblər.

Xəstəliyin səbəbi RNT virusudur. İtlərin mədə və bağırsaq mukozalarında ciddi iltihablanmalara səbəb olan bu virus xarici mühitə çox davamlıdır. Buna görə qış aylarında belə yoluxucu xüsusiyyətini davam etdirə bilir. “Korona” virusu olduqca yoluxucudur və nəcislə ətrafa yayılır. Onu başqa xəstəliklərdən ayırmaq bir qədər çətindir. Çünki xəstəlik depressiya, kilo itkisi, ciddi yuxululuq, qusma ilə başlayar və zaman-zaman qanlı öygümə ilə müşahidə oluna bilər. Tədbir olaraq, 3-4 həftə aralıqlarla 2 peyvənd edilməli və hər il bu, nizamlı olaraq təkrarlanmalıdır.

Mütəxəssislər deyir ki, diqqətli nəzarət və müalicə ilə xəstəlikdən 10-12 gün içində sağalmaq mümkündür.

 

Ulduz İBRAHİMOVA  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı