Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı başlanıb. Modern.az bildirir ki, jurnalistlərin ilk sualları Ukrayndakı son hadisələrlə bağlı olub. Moskvanın Ukraynaya 15 milyard dollar yardımını “qardaş köməyi” adlandıran Putin bildirib ki, Ukraynada iqtisadi, sosial və siyasi baxımdan çətin vəziyyət yaranıb.
“Belə çətin vaxtda biz qardaş köməyi göstərdik”-deyən Putin Timoşenkonun baş nazirliyi dövründə imzalanmış müqaviləni ədalətli olduğunu bəyan edib.
Putin Avropa İttifaqı ilə asossiativ sazişin imzalanmasının əleyhinə olmadığını bildirib.
“Biz öz iqtisadiyyatımızı müdafə edirik. Əgər Ukrayna öz qapılarını Avropa Birliyinin üzünə açsa biz o zaman biz özümüzü müdafiə etməyə məcburuq”-deyə Putin qeyd edib.
X. SƏFƏROĞLU