“Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyova etimad məsələsi heç bir halda qurumun sessiyasında müzakirəyə çıxarıla bilməz”. Bunu Modern.az-a Milli Şuranın Dini və Milli Azlıqlarla iş üzrə komissiyasının sədri Eldəniz Quliyev deyib. O, R. İbrahimbəyovun fəxri sədrlikdən getmək istəməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib. Onun sözlərinə görə, Milli Şura artıq bu məsələdə yekun qərarını verib. “Bu məsələni yenidən müzakirəyə çıxarsaq, Milli Şura hörmətdən düşər. Ona görə də düşünürəm ki, Milli Şuranın sessiyasına fəxri sədr məsələsi ilə bağlı məsələ çıxarılmayacaq”-deyə E. Quliyev qeyd edib.
Qeyd edək ki, R. İbrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində vurğulayıb ki, onun fəxri sədr olmasını istəmirlərsə, bu statusdan imtina edə bilər.
Aqşin Kərimov