Modern.az

Tahir Kərimli partiyasının faciəsindən danışdı: “3 ildir, əzab çəkirik”

Tahir Kərimli partiyasının faciəsindən danışdı: “3 ildir, əzab çəkirik”

Təhsil

19 Dekabr 2013, 14:08


“Seçkilərlə bağlı partiyada qərar verməmişik. Amma partiyanın heç bir bloka qoşulmamaqla bağlı qərarı var. Yəni iqtidarın və müxalifətin yaxşısına yaxşı deyirik, pisinə pis. Yəqin ki, gələcək parlament seçkilərinə də müstəqil partiya kimi qatılacağıq”. Bunu Modern.az-a Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, partiyada növbəti parlament seçkiləri ilə bağlı qərar verilməyib: “Seçkilərlə bağlı müəyyən təcrübəmiz var. 2005-ci il parlament seçkilərində 43, 2010-cu ildə isə 6 namizədlə iştirak etdik. Amma heç birində uğur qana bilmədik. Ötən parlament seçkisində haqqım pozuldu. Şamaxı şəhərində deputat seçilməyimə baxmayaraq, Milli Məclisə düşə bilmədim. Şikayət də etdim, baxılmadı. Ona görə bilmirik ki, hansı taktikanı seçək, yaxşı olsun. Seçkilərə qədər ən optimal variant üzərində düşünəcəyik”.

T. Kərimli müxalifət partiyalarının atdığı uğursuz addımlardan təəssüfləndiyini qeyd edib: “Həmişə demişəm, müxalifət özünün məntiqi sonluğunu yaxınlaşdırır. Müxalifətdə qocalma prosesi sürətlə gedir. 20 il bundan əvvəl əsası necə səhv qoyulmuşdusa, elə də davam edir. Yalançı müxalifət zaman-zaman uduzdu. Artıq, müxalifət sosial dayaqlarını itirib, hətta ideologiya da məhv olub. Bu gün müxalifətin sədr seçdiyi adam heç vaxt müxalifət olmayıb. O, həmişə müxalifətə yuxarıdan aşağı baxıb. Müxalifət nə etdiyini bilmir”.

Vəhdət rəhbəri təmsil etdiyi partiyanın qərargah məsələsinin həll edilmədiyini deyib: “Partiyanın qərargah məsələsi faciədir. Hazırda 3 ildir ki, müvəqqəti qərargahımızdayıq. Cənab prezidentə qərargahla bağlı rəsmi müraciət etmişdim. Dövlət Əmlak Komitəsinin sədr müavini səviyyəsində bizimlə müqavilə bağlandı. Təəssüflər olsun, ekologiya və təbii Sərvətlər nazirinin müavini Füzuli Əliyev qərargahımıza basqın etdi. Partiyanın bütün əmlakı aparıldı. Bütün rəsmi strukturlara müraciət etdim, nəticəsi olmadı. Bu, bizim partiyamızın fəaliyyətinə çox ağır zərbə vurdu. Biz yenə də ümidimizi üzmürük, görək, necə olacaq”.

 

 

  İlkin PİRƏLİ      
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı