Təhsil Nazirliyinin Azərbaycanda ali məktəblərin iki qrupa bölünərək adi və milli statusun verilməsi ilə bağlı təklifləri hazırlanır.
Apa-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, həmin təkliflərdə bütün meyarlar müəyyənləşdiriləcək. C.Bayramov qeyd edib ki, təkliflər hazırlanıb başa çatdırıldıqdan sonra hökumətə təqdim ediləcək. Onun sözlərinə görə, ali məktəblərə statusların verilməsi Təhsil Nazirliyinin bir təklifi olacaq və hökumətdə baxılandan sonra bununla bağlı son qərar veriləcək. Cari tədris ili üzrə Azərbaycanda doktoranturaya keçiriləcək qəbul imtahanları ilə bağlı suala cavabında isə nazir müavini deyib ki, bununla bağlı son qərar yaxın zamanlarda veriləcək.
Modern.az