Modern.az

Fəthullah Gülənin ABŞ-dakı dəbdəbəli malikanəsi – FOTOLAR

Fəthullah Gülənin ABŞ-dakı dəbdəbəli malikanəsi – FOTOLAR

19 Dekabr 2013, 15:06


1999-cu ildən bəri Amerikada yaşayan Fəthullah Gülənin adı gündəmə damğasını vurub. Hazırda Türkiyədəki həbs dalğasının arxasında məhz onun dayandığı vurğulanır. Türk mediası rüşvət və korrupsiya suçu ilə aparılan əməliyyatlarda “Gülən barmağı” axtardığı bir zamanda “Reuters” agentliyi F. Gülənin Pensilvaniya ştatındakı Pokono dağı ətəklərində, dəyəri milyon dollarlıq olan malikanəsinin fotolarını çəkib.

Modern.az xəbər verir ki, “Pocono Record” qəzetinin saytında Dan Berrett imzası ilə yayılan fotoşəkillərdə və xəbərdə qeyd edilir ki, on ildən çox bir zamandır dünyanın ən təsirli və ən mübahisəli müsəlman liderlərindən biri Pocono dağlarının ətəyindəki bir ərazidə yaşayır. Yazıda Fəthullah Gülən, "Elm, təhsil və inançlararası dialoqu əhatə edən İslam vizionu sayəsində milyonlarla mürid və Türkiyədəki dünyəvi təşkilatların etimadını qazanan xəstə bir türk ruhani" kimi təqdim olunur. Berrett məqaləsində "Gülən milli təhlükəsizliyi təhdid edirmi" sualına cavab axtarır. Bu problemin gündəmə gəlmə səbəbi isə amerikalı bir müəllim və köhnə Federal Təhqiqat Bürosu məsləhətçisi olan Paul L. Williamsın "Son Səlib yürüşü" adlı bloqunda yazdığı bir yazı olub. Uilyamsın "Dünyanın ən təhlükəli islamçısı aramızda yaşayır" başlıqlı məqaləsində bu ifadələr yer alıb: "Dünyanın ən təhlükəli islamçısını Əfqanıstanda, Pakistanda, Sudanda, ya da Somalidə axtarırlar. Yanımızda isə birisi 30 milyard dollarlıq sərvəti ilə dünya daxilində bir xəlifəlik qurmaq üçün çalışır. Fermada “Kalaşnikof” avtomatı ilə silahlı təlimlər keçirilir. Ətrafdakılar yüksələn silah səsləri səbəbi ilə FTB-nə dəfələrlə şikayət ediblər. FTB də bura basqınlar təşkil etdi. Ancaq qubernatorluğun Güləni bölgədən göndərmə cəhdləri özünə Green Card (Yaşıl Kart) verilməsi sonrasında nəticəsiz qaldı. 100 hektarlıq sahədəki fermadakı vertolyotlar alçaq uçuş edərək ətrafdakıları narahat edir. Silahlı 100 islamçı tərəfindən qala kimi qorunan fermada yaşayan Gülənin bu fəaliyyətlərinə FTB və federal hökumət necə səssiz qalır?" Bu məqalədən sonra Fəthullah Gülənin yaşadığı bölgədə nəşr edilən “Pocono Record” qəzeti Gülənin qaldığı yerə gedib, bölgədəki amerikalılarla danışıb iddiaların doğru olub-olmadığını soruşub.

Rəsmi sənədlərdə isə “İbadət və istirahət etmə mərkəzi olaraq qeydə alındığı üzə çıxıb. Qonşu binalarda yaşayanların yazıda təsvir edilənləri təsdiqləmədiyi də məlum olub.

 

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı