Modern.az

Mirzə İbrahimovun 83 yaşlı aspirantı onun layihəsini gerçəkləşdirib

Mirzə İbrahimovun 83 yaşlı aspirantı onun layihəsini gerçəkləşdirib

Təhsil

19 Dekabr 2013, 16:21

“Bu layihə elmi rəhbəri mərhum mərhum yazıçı Mirzə İbrahimova aiddir, biz ancaq onu həyata keçirmişik. Buna görə də kitabın redaksiya heyətində Mirzə İbrahimovun adı saxlanılıb”. Bunu Modern.az-a “Cənubi Azərbaycan Ədəbiyyatı tarixi” kitabın əsas tərtibçisi professor Teymur Əhmədov bildirib: “Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsini akademik Mirzə İbrahimov yaradıb. 1970-ci illərdən bəri şöbə fəaliyyət göstərir. Mirzə müəllim dünyasını dəyişəndən sonra onun tələbələri, şöbənin əməkdaşları onun ideyalarını davam etdirir. Mən onun aspirantı olmuşam, özüm də uzun illərdi ki, o şöbəyə rəhbərlik edirəm. Mirzə İbrahimovun sağlığında nəzərdə tutduğu layihəsini – “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nin iki cilddə yaradaq. Birinci cildi XIX əsrə həsr olunub. Hazırda çıxan ikinci cild isə XX əsri əhatə edir. Burda Cənubi Azərbaycanın ədəbiyyatı, folklorşünaslığı, publisistikası barədə müəyyən təsəvvür yaratmaq üçün şöbənin əməkdaşları işləyib ortaya qoyub”.

T. Əhmədovun sözlərinə görə, kitab 11 fəsil, 580 səhifədən ibarətdir. Birinci fəsli Məşrutə inqilabı dövrü, yəni 1905-11- ci illərdə Cənubi Azərbaycan ədəbiyyatını əhatə edir, sonrakı fəsli irtica dövrü yəni 1911-23-cü illərdə Azərbaycan ədəbiyyatı, V fəsli Rza şah istibdadı dövründə (1923-1941-ci illər) Cənubi Azərbaycan ədəbiyyatına həsr edilib. Bu da i əhatə edir. VI fəsli isə ikinci dünya müharibəsi ərəfəsində Güney ədəbiyyatı, IX fəsli müharibədən sonrakı ədəbiyyata həsr olunub.

Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz da bu addımı dəstəkləyir və bu yöndə tərtibçilərə yardım etdiklərini də bildirib: “Təbii ki, müsbət addımdır. Cənubi Azərbaycanın ədəbiyyat tarixi bu gün əsaslı şəkildə öyrənilməlidir. Kitab da bu istiqamətdə yaşanan ədəbiyyat problemini aradan qaldırmaq yolunda bir addımdır. Əminəm ki, belə addımlar çox olacaq. Biz də həmişə materiallarla dəstək olmağa hazırıq”.

Qeyd edək ki, “Cənubi Azərbaycan Ədəbiyyatı tarixi”nin ikinci cildində Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Kitabda Hacı Rza Sərraf, Səid Səlması, Şeyx Məhəmməd Xiyabani, Ceyid Cəfər Pişəvəri, Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.

“Cənubi Azərbaycan Ədəbiyyatı tarixi”nin birinci cildi 2009-cu ildə Bakıda “Nurlar” nəşriyyatında çapdan çıxıb.

 

 

Elmin Nuri

   
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı