Modern.az

Ukrayna prezidenti: “Reytinqim aşağı düşərsə, ölkənin inkişafına mane olmayacağam”

Ukrayna prezidenti: “Reytinqim aşağı düşərsə, ölkənin inkişafına mane olmayacağam”

19 Dekabr 2013, 16:54

Ukrayna prezidenti Viktor Yanukoviç Moskvaya səfəri zamanı imzalanan hay-küylü müqavilə, Avropa meydanındakı hadisələr və Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasının dayandırılması ilə bağlı bu gün ilk dəfə televiziya vasitəsilə böyük müsahibə verib. Modern.az  Ukrayna KİV-nə istinadən bildirir ki, prezident əvvəlcə Moskvada imzalanan qaz müqaviləsindən danışıb. Onun fikrincə, bu müqavilə ölkəsinin iqtisadiyyatını möhkəmləndirəcək. Avropa Birliyi ilə sazişin imzalanmamasına gəldikdə, Yanukoviç deyib: “Biz pauza götürmüşük ki, azad ticarət müqaviləsinin hansı şərtlərlə imzalanması məsələsinə cavab tapaq”. Onun sözlərinə görə, Gömrük İttifaqı ilə bağlı planlar heç vaxt saxlanılmayıb: “Biz bu gün müşahidəçi statusundayıq və bütün sənədlərə əlimiz çatır”.

 

Avropa meydanında keçirilən etiraz aksiyalarından danışan Yanukoviç deyib: “Mən hansısa əcnəbinin ölkəmizə gəlib bizə nəyisə öyrətməsinin əleyhinəyəm. Ölkədəki siyasi böhran hələ həll olunmayıb. Sabah ictimaiyyətin birliyi naminə ikinci dəyirmi masa keçiriləcək”.

2015-ci ildə keçiriləcək prezident seçkilərinə də toxunan Yanukoviç özünün namizədliyi məsələsinə aydınlıq gətirib: “Hər meyvənin öz vaxtı var. İndi vaxtı deyil. Əgər reytinqim az olacaqsa, mən ölkənin inkişafına, irəli getməsinə mane olmayacağam”.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı