Modern.az

Emin Əmrullayev Neftçalada vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Neftçalada vətəndaşları qəbul edəcək

Təhsil

29 Oktyabr 2024, 10:12

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 29-da Neftçala şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 20 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI