Modern.az

Berti Foqts Azərbaycan millisini 1 pillə irəli aparıb

Berti Foqts Azərbaycan millisini 1 pillə irəli aparıb

19 Dekabr 2013, 17:45


FİFA 2013-cü il üçün milli komandaların reytinq cədvəlini açıqladı. Axırıncı dəfə 28 noyabrda acıqlanan siyahının dərc olunmasından sonra heç bir rəsmi oyuna çıxmayan millimizin 363 xalı var.

Modern.az xəbər verir ki, yığmamız oyun keçirməsə belə 1 pillə irəliləməyi bacarıb. Beləliklə, alman mütəxəssisin başçılıq etdiyi komanda ötən ayla müqayissədə 95-ci pillədən 94-ə qalxıb. Turkiyə millisi bu ilki sıralamada 43-cü pillədə yer alıb. Qeyd edək ki, siyahıya bu dəfə də 1507 xalla İspaniya millisi cədvələ başçılıq edir. Almaniya yığması 1378 xal toplayıb mövqeyini qoruyaraq ikinci, 1251 xal toplayan Argentina isə üçüncüdür.  

 

Rafiq Qənbərov

 
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı