Modern.az

Ekoloji problemlər – bəlkə velosipedə keçək?

Ekoloji problemlər – bəlkə velosipedə keçək?

19 Dekabr 2013, 15:15

Bu gün ölkəmiz sürətlə inkişaf edir və abadlaşır. Abadlaşma ölkənin hər yerində özünü hər tərəfdən göstərir. Bununla bərabər böyük şəhərlərdə insanları narahat edən problemlər bizi də düşündürür .  Paytaxt şəhərlərin ekologiyasına ciddi ziyan vuran nəqliyyat vasitələrinin atmosferə vurduğu ziyan  kimi.

Paytaxtımızın problemləri yoxdur desək, yəqinki, səhv etmiş olarıq. Əlbətdə hər gün saatlarla tıxacda qaldığımızı dünyanın üzləşdiyi problem kimi qəbul edirik. Amma bu heç də paytaxtın ekologiyasına ürəkaçan təsir bağışlamır.  Bakıda  maşınların artması paytaxtımızın ekoloji problemlərini daha da artırır. Görünən odur ki, biz ekoloji fəlakətə doğru addım-addım yaxınlaşırıq. Bəlkə də  heç kim bu fəlakətlərin nəticələri barədə fikirləşmək istəmir. Amma nə qədər ki, bu acnacaqlı vəziyyəti ümumi problemimiz kimi qəbul etməyəcəyik o zamana qədər  problemləri  həll etmək müşkül olacaq. Bu  istiqamətdə həmrəy olmağımız çox vacibdir. İlk növbədə hər kəs öz məhsuliyyətini yaxşı anlamalıdır. Bir şeyi nəzə almaq lazımdır ki, paytaxtda avtomobillərin çox olması ilə bərabər xeyli sayda standartlara cavab verməyən köhnə avtomobillərdə var.  Belə olan halda atmosferin hansı çirklənmələrə məruz qaldığını anlamaq elədə çətin deyil.Təxmini hesablamalara görə Azərbaycanda olan aftomobillərin sayı 1.3 milyona çatmaq üzrədir. Onların isə yarıdan çoxu paytaxt Bakının payına düşür. Bu gün nəqliyyatın çoxluğu dünyanın böyük şəhərlərində ciddi problemlər yaradır. Azərbaycanda atmosferə atılan tullantıların böyük  hissəsi sənayenin və nəqliyat vasitələrininhesabınadır.  Təxmini hesablamalara görə hər avtomobil 2 kiloqramdan çox  dəm qazı buraxır. Hesab edirəm ki, bu cür problemlərə kompleks yanaşmaq lazımdır. Ona görə ki, tanrının bizlərə bəxş etditi  havadan  hər birimiz istifadə edirik. Təmiz hava - sağlam can və sağlam həyat deməkdir. Buna nail olmaq üçün indi dünya müxtəlif vasitələrdən istifadə edir. Dünyanın bir çox ölkələrində kimliyindənaslı olmayaraq ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosipetdən istifadə edirlər. Bu onlar üçün çox adi haldır. Nazirindən tutmuş fəhləsinə qədər. Bununla onlar şəhərin ekologiyasına biganə qalmadıqlarını, atmosferin təmiz qalması üçün bir vətəndaşlıq məhsuliyyətinianlayırlar. Olmazmı ki, dünyanın aparcı ölkələrində olduğu kimi bizlərdə velosipetdən istifadə edək? Bəlkə bunu özümüzəsığışdırmırıq? Lakin unutmayaq ki, nə qədər  ki, bu sağlam rəqabətə qoşulmamışıq  itirən elə özümüz olacağıq. Sağlam həyat yaşamaq üçün özümüzü bir az əziyyətə  salmağa dəyər. Sağlam bədəndə sağlah ruh olar.

Çox təəssüflə qeyd etməliyik ki, bu broblemlərin yaranmasının  günahkarı  özümüzük. Bu problem mənim,  sənin və ya onun problemi olmamalıdır.  Bu hər kəsin problemi olmalıdır. Belə olacağı halda problemlərin həlli yolunda uğurlu addım ata bilərik.

  Abbas Qəmli          
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı