Modern.az

Azərbaycanın Litvadakı səfiri “2013-cü ilin səfiri” elan edilib

Azərbaycanın Litvadakı səfiri “2013-cü ilin səfiri” elan edilib

19 Dekabr 2013, 21:02

Dekabrın 17-də Litva Respublikasının “İNFOBALT” Assosiasiyası tərəfindən ilin yekunu ilə bağlı təşkil olunmuş mərasimdə Litva və Azərbaycan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın inkişafında göstərdiyi fəaliyyətə görə ölkəmizin Litvadakı səfiri Həsən Məmmədzadə “2013-cü ilin səfiri” elan edilib.
AzərTAc-ın məlumatına görə, 1994-cü ildə təsis olunmuş “INFOBALT” Assosiasiyası milli informasiya-kommunikasiya texnologiyaları sektorunu təmsil edir. “INFOBALT” Litvanın 138 İKT şirkətini və təlim müəssisələrini birləşdirir. Bu müəssisə və təşkilatlarda İKT sahəsinin 10 minə yaxın mütəxəssisi çalışır.
Assosiasiya informasiya cəmiyyətinin inkişafının, ixracın təşviqi, komitə və tərəfdaşlıq proqramının həyata keçirilməsi, layihə fəaliyyəti, beynəlxalq və milli əməkdaşlıq istiqamətində fəaliyyət göstərir.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı